24 iyul 2023 at 19:51
Jurnalist kodu: 5487
Xəbər kodu: 85179894
T T
1 Persons

Tags

Ayətullah Rəisi: Xaricilərin müdaxiləsi məsələləri daha da mürəkkəbləşdirir

Tehran – İRNA – İran prezidenti əcnəbilərin müdaxiləsinin məsələləri mürəkkəbləşdirdiyini bildirib və deyib: İran İslam Respublikası region ölkələrinin heç bir geosiyasi dəyişikliyi və sərhədlərinin dəyişdirilməsini qəbul etmir və bütün region ölkələrinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

İRNA-nın hökumət müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi Ermənistanın Xarici İşlər naziri cənab Ararat Mirzoyan ilə görüşündə regional məsələlərin region ölkələri tərəfindən həll edilməsinin vacibliyinə toxunaraq deyib: Xaricilərin müdaxiləsi yalnız məsələləri mürəkkəbləşdirir. İran İslam Respublikası Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstək verməklə ümid edir ki, bu danışıqlar regionda sülh, təhlükəsizlik və əmin-amanlığı bərqərar edəcək və möhkəmləndirəcək.

Prezident həmçinin İran İslam Respublikasının heç bir geosiyasi dəyişikliyi və region ölkələrinin sərhədlərinin dəyişdirilməsini qəbul etmədiyini bildirib və əlavə edib: İran bütün region ölkələrinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Ayətullah Rəisi iki ölkə arasında münasibətlərin səviyyəsinin də mümkün qədər yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq əlavə edib: İran İslam Respublikası Ermənistanla əlaqələrin inkişafı üçün heç bir maneə görmür.

Bu görüşdə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Qafqaz regionunda baş verən hadisələrlə bağlı İranın mövqeyini təqdir etməklə yanaşı, əlavə edib: Ermənistan heç vaxt anti-İran hərəkətlərin platformasına çevrilməyəcək və həmişə regional təhlükəsizlik və sülhün güclənməsini dəstəkləyir.

Ermənistanın Xarici İşlər naziri İran İslam Respublikası ilə əlaqələri ölkəsi üçün çox mühüm hesab edib və iki ölkə arasında diplomatik əlaqələrin artırılmasına, bu əlaqələrin möhkəmlənməsi və dərinləşməsini vurğulayıb.

1 Persons

Sizin rəyiniz

You are replying to: .